​İsrail hərbçilərindən qaçqın düşərgəsinə BASQIN - YARALILAR VAR

Muxalifət.az xəbər verir ki, İsrail hərbçilərinin Qüdsün şimal-şərqindəki Kalandiya qaçqın düşərgəsinə hücumu zamanı baş verən toqquşma nəticəsində 3 nəfər fələstinlinin yaralandığını bildirilir.
İsrail hərbçilərinin düşərgəyə basqın təşkil edib 3 fələstinli gənci nəzarətxanya aparmasından sonra hərbçilərlə fələstinlilər arasında toqquşma baş verib. İsrail hərbçləri daş atan  fələstinlilərə həqiqi və plastik güllələr və gözyaşardıcı qaz bombaları atıblar.
Fələstinin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail hərbçilərinin açdıqları atəş nəticəsində 3 fələstinlinin yaralandığı, bu şəxslərin xəstəxanaya aparıldığı bildirilir.
Hadisə zamanı bir çox şəxslərin qazdan boğulmaq üzrə olduğu barədə də məlumat verilib.
İsrail hərbçiləri vaxtaşırı Qərbi Seria və Qüdsdə, hərbi təlim keçirmək, ya da həbs eləmək məqsədilə fələstinlilərə məxsus bölgələrə hücumlar edirlər.