​İsrail HƏMAS-a güclü zərbə endirdi

Baxış sayı:
2527

İsrailin hərbi aviasiyası Qəzzanın şimalında HƏMAS təşkilatının obyektinə zərbələr endirib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.
Xəbərə görə, raket zərbələri təşkilat üzvlərinin partlayıcı maddələri qeyri-qanuni sərhəddən keçirmək cəhdinə cavab olaraq endirilib.
Ölən və yaralananlar barədə məlumat verilməyib.