İsrail "Hizbullah" a məxsus raket istehsalı obyektini aşkarladı

Baxış sayı:
13033

Livanda Bekaa vadisində idarə olunan yüksək dəqiqlikli raketlərin istehsalı üçün nəzərdə tutulmuş obyekt aşkar edilib.
Muxalifet.az “Ria-Novosti” agentliyinə istinadən xəbər verir ki, İsrail hərbçilərinin məlumatına görə, obyekt “Hizbullah” hərəkatına məxsusdur.
Xatırladaq ki, sentyabrın 1-də İsrail Müdafiə Nazirliyi Livanla sərhəddə yerləşən hərbi baza və texnikasının raket atəşinə tutulduğunu açıqlayıb. “Hizbullah” qruplaşmasının açıqlamasında isə İsrailə məxsus hərbi maşının vurulduğu və hadisə zamanı ölənlərin olduğu bildirilib.
Bundan sonra İsrail qoşunları cavab olaraq Livanın cənubuna zərbələr endirib.