“İsrail heç bir obyektimizi vurmayıb” - İRAN TƏKZİB EDİR

Baxış sayı:
5664

İsrail ordusunun hücumu nəticəsində Suriyadakı İran obyektlərinə ziyan dəyməyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Siyasi Məşvərət Şurasının katibi, SEPAH-ın eks-komandanı Möhsün Rezayi deyib.

“Bu məlumat yalandır və həqiqəti əks etdirmir. ABŞ və İsrail İranın müxtəlif obyektlərinə zərbə vuracaq qədər gücə malik deyillər. Bizim qüvvələrimiz zərər görməyib”, - deyə Rezayi jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, dünən gecə saatlarında İsrail aviasiyası Dəməşqdə bir sıra obyektlərə zərbələr endirmişdi.

İsrail ordu rəhbərliyi zərbələrin İran ordusunun Dəməşqdəki obyektlərinə endirildiyini bildirmişdi.