​İSRAİL HƏDƏFLƏRİNİ ELAN ETDİ - SABAHDAN ETİBARƏN...

Baxış sayı:
6373

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, İsrail ordusu Suriyadakı İran hərbçilərinin, İran İnqilabı Keşikçiləri Korpusunun peykdən çəkilmiş fotolarını bütün dünyaya yayıb. İsraildə fəaliyyət göstərən Ynet informasiya portalı İsrailin yeni hədəflərinin onlar olduğunu və aprelin 18-dəki müstəqillik günü bayram təbirlərinə zərər verə biləcəyi halda bu hədəfləri vura biləcəklərini bəyan edib.
Ötən həftə, Suriyanın Humus şəhərində 7 nəfər iranlının ölümü ilə nəticələnən bombardmanın ardından İran buna cavab verəcəyi ilə təhdid etmişdi.
İsrail hücum etdiyini rəsmi şəkildə etiraf etməsə də, Amerika mətbuatına müsahibə verən yüksək vəzifəli məmurlar İsrailin ilk dəfə Suriyadakı İran hərbçilərini birbaşa hədəfə aldıqlarını açıqlamışdılar.
2011-ci ildən bəri İsrail Suriya və Qolan təpələrindən torpaqlarına raket atıldığını iddia edərək, İranın dəstəklədiyi Hizbullah qüvvələrinə və hökumətə məxsus hərbi qüvvələrə hücumlar edir.