​İsrail Fələstin hərbçilərini top atəşinə tutdu

Baxış sayı:
2407

İsrail ordusu Qəzzada Fələstinin müqavimət hərəkatına məxsus hərbi nəzarət məntəqəsinə top atıb.
Muxalifet.az xəbər verir ki, bu barədə sputnik agentliyi məlumat yayıb. Məlumata görə, Fələstin təhlükəsizlik qüvvələri hadisə nəticəsində ölən və yaralananların olmadığını bildiriblər.
Hadisə ilə bağlı bəyanatında İrsail ordusu Qəzzanın cənubunda İsrailə aid hərbi maşının keçdiyi bölgədə bomba partlamasına cavab olaraq top atdıqlarını bildiriblər.