​İsrail F-35-ləri yoxlayacaq - Əmr

Baxış sayı:
259

İsrail ordusu ölkədəki bütün F-35 qırıcılarında yoxlama aparacaq.
Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, buna səbəb ötən ay Şimali Karolina ştatında F-35 təyyarəsinin qəzaya uğramasıdır.
İsrail Hərbi Hava Qüvvələrinin komandanı Amikom Norkinin bununla bağlı əmr verdiyi deyilir.
Qeyd edək ki, az öncə Pentaqon dünya üzrə bütün F-35-lərin yanacaq borusunda yoxlamaların aparılacağı barədə açıqlama yaymışdı.