İsrail döyüş təyyarələri QƏZZANI HƏDƏF ALDI

Baxış sayı:
7687

İsrail döyüş təyyarələri, Qəzza Zolağındakı iki gəmi və Həmasın silahlı qanadı Qəssam Briqadalarına aid hədəfə raketlərlə hücum edib. İki gəminin, gələcək ay bölgəyə çatması gözlənən "Blokada Qırma" gəmilərini qarşılamaq üçün hazırlandığı və bir ay müddətində ikinci dəfə hədəf alındığı açıqlanıb.
 
İsrail döyüş təyyarələrinin təşkil etdiyi iki hücumda, Qəzza Zolağındakı iki gəmi ilə Həmasın silahlı qanadı İzzəddin el-Kassam Briqadalarına aid hədəfləri vurulub.
İsrail təyyarələri, Qəzza şəhərinin qərbində balıqçı limanında olan iki gəmi ən az üç raketlə vurulub. Hücumdan sonra katerlərdən biri yanıb.
Qəzza Blokada Qırma Heyətindən edilən yazılı açıqlamada, İsrail ordusu tərəfindən hədəf alınan iki gəminin, gələcək ay bölgəyə çatması gözlənən "Blokada Qırma" gəmilərini qarşılamaq üzrə hazırlandığını ifadə edərək, katerlərin bir ay içərisində ikinci dəfə hədəfə alındığını bildirib.
Qəzza Blokada Qırma Heyəti, İsrailin gəmiləri vurmasını, işğal güclərinin, xəstələrin və tələbələrin qanuni səyahət və müalicə haqlarını əngəlləməyə çalışan çirkin üzünün təsdiqi kimi qiymətləndirib.
 
QƏSSAM BRİQADALARINA AİD HƏDƏFƏ HÜCUM
 
İsrail təyyarələri, limanı hədəf alan hava hücumundan təxminən yarım saat sonra Qəzza Zolağının şimalında yerləşən Cebaliya mahalının şərqində, Qəssam Briqadalarına aid bir hədəfə 6 raket atıb.
Hər iki hücumda da ölən və ya yaralanan olmadığı qeyd olunub.
Digər tərəfdən, İsrail ordusundan edilən yazılı açıqlamada, dünən səhər saatlarında Qəzza Zolağından sızan bir qrup gəncin hərbi sahələri göstərməsinə qarşılıq, İsrail təhlükəsizlik qüvvələrinin Həmasa aid mövqeləri hədəf alan iki hava hücumu təşkil olunduğu qeyd edilib.
Açıqlamada, İsrailin döyüş təyyarələrinin, Həmasa aid Qəzza Zolağının şimalındakı bir infrastruktur ilə dənizdəki iki hədəfi vurduğu ifadə edilib.
Müxalifət.az