​İsrail daha da amansızlaşır: Dənizdə divar...

Baxış sayı:
496

İsrail Qəzza bölgəsinin dəniz sərhədi zolağında sədd inşasına başlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İsrail Müdafiə naziri Aviqdor Liberman məlumat verib.
“Sahil zolağından İsrail topraqlarına qeyri-qanuni daxilolmaların qarşısını alacaq. Dünyada bənzəri olmayan tikintidən söhbət gedir. Bu sədd HƏMAS-ın planlarını alt-üst edəcək və onun strateji silahını istifadəsiz hala gətirəcək”, - nazir bildirib.
Qeyd edək ki, 2014-cü ildə Qəzzada fələstinlilərə qarşı əməliyyatdan sonra sözügedən səddin inşası ilə bağlı qərar qəbul edilib.