İsrail də Səudiyyə üçün HƏRƏKƏTƏ KEÇDİ - NETANYAHU LOBBİSİ ƏR-RİYAD ÜÇÜN ÇALIŞACAQ

Səudiyyə Ərəbistandakı prosesləri Livana qarşı bir hücum üçün fürsət görən İsrail, lobbisini hərəkətə keçirir.
 
İsrail Xarici İşlər Nazirliyi bütün səfirliklərinə Hizbullaha qarşı Hariri və Səudiyyə Ərəbistanını dəstəkləmək üçün lobbi fəaliyyətinə başlamaları üçün əmr verib.
Qüdsdən bütün İsrail səfirliklərinə göndərilən mesajda Haririnin istefasının dəstəklənməsi və yerləşdikləri ölkələrə İran təhdidinin izah edilməsi istənilib. Yəməndə Husilərlə müharibə vəziyyətində olan Səudiyyə Ərəbistanının dəstəklənməsinin lazım olduğu mesajda vurğulanıb. Bundan başqa, mesajda Haririnin istefasının İran və Hizbullahın Livan üçün nə qədər təhlükəli olduğunun göstəricisi kimi təqdim olunması və bu təhlükənin başqa ölkələrə izah edilməsi vacibliyi qeyd olunub.
ABŞ-da Tramp dövrünün başlaması ilə Səudiyyə ilə İsrail arasında yaxınlaşma prosesi başlayıb. Tramp, may ayındakı Səudiyyə səfərindən sonra birbaşa Təl-Əvivə keçdi. Trampın bu addımı iki ölkə arasında ilk birbaşa uçuş olaraq tarixə keçdi və bu, region üçün həm də böyük proseslərin başlandığı yönündə bir mesaj idi. Və bu gün Yaxın Şərqdə baş verənlər məhz Trampın ilk Səudiyyə səfərinin nəticələri kimi təzahür edir.
Trampın kürəkəni və müşaviri Jared Kuşner də Netanyahu rəhbərliyinə yaxınlığı ilə tanınır. Kuşner, eyni zamanda Vəliəhd Şahzadə Məhəmməd bin Salmana da yaxınlığı ilə tanınır. Sentyabr ayında, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın İsrailə gizli səfər etdiyi iddia edilmiş, bu iddia daha sonra Səudiyyə Xarici İşlər Nazirliyi tərəfindən ortalığa çıxarılmışdı.

Müxalifət.az