“İsrailə ciddi bir dərs verdik” – HƏMASDAN AÇIQLAMA

Baxış sayı:
6880

“Həmas” təşkilatının sözçüsü Sami Əbu Zuhri, Qəzzadakı Fələstin müqavimətinin işğalçı İsrailə ciddi bir dərs verdiyini söyləyib.
 
Əlcəzairdəki İslam təmayüllü ən böyük partiya “Sülh Cəmiyyəti Hərəkatı”, Qəzza ilə həmrəylik aksiyası keçirib.
Danışıqlar aparmaq üçün Əlcəzairə gələn Əbu Zuhri, mitinqdə çıxışında, İsrailin Fələstinli qrupların göstərdiyi müqavimət qarşısında təəccüb etdiyini bildirib.
Əbu Zuhri, "İsrailə ciddi bir dərs verdik. Bu İsrailə bir mesajdır. Müqavimət qruplarının mövqeyi, İsrailin davranışına görə müəyyən olunacaq" deyə söyləyib.
Qeyd edək ki, Fələstinli müqavimət dəstələri, bölgədə artan gərginlikdən sonra dünən axşam Misirin vasitəçiliyi ilə Qəzzada atəşkəsin təmin olunduğunu bildirmişdi.
İsrailin dünən axşamdan etibarən Qəzzaya təşkil etdiyi hücumlarda 7 Fələstinli şəhid olmuş, 25 nəfər isə yaralanmışdı. Qəzzadakı Fələstinli qrupların atdığı raketlər nəticəsində İsrail tərəfində 1 adam ölmüş, 50-dən çox adam yaralanmışdı.
 Qeyd edək ki, mühasirə altındakı Qəzza Zolağında gərginliyin fitilini yandıran hadisə bazar günü İsrail ordusuna bağlı xüsusi təyinatlı qüvvələrdən bir qrup əsgərin mülki bir avtomobilləə Qəzzaya sızması olub.
Müxalifət.az