İsrail baş nazirinin şəxsi məlumatları İRANA SATILIB

Baxış sayı:
6022

İsrailin keçmiş baş naziri Ehud Barakın cib telefonu və kompüterdəki məlumatların kompüter xakerləri tərəfindən oğurlanaraq İrana satıldığı iddia edilib.
 
İsraildəki "Kanal 12" televiziyasının xəbərinə görə, Ehud Barakın cib telefonu və kompüterinə sızaraq bəzi məlumatları oğurlayan xarici kompüter xakerləri sözügedən məlumatları İrana satıb.
Barakın cib telefonu və kompüterinə sızanların arxasında İranın olmadığı, ancaq oğurlanmış məlumatların Tehranın əlində olduğu irəli sürülüb.
İsrailin Daxili Kəşfiyyat Xidməti Şin-Bətin (Şabak) sədri Nadav Argamanın keçən il iyul ayında Barakın evinə gedərək keçmiş baş nazirə "cib telefonu və kompüterinə sızıldığı, oğurlanmış məlumatların də İranın əlində olduğu" məlumatını verdiyi irəli sürülüb.
Görüşdə, İranın xarici səfərlərində keçmiş baş nazir və ya bəzi İsrailli yüksək səviyyəli rəsmilərinə qarşı "hücum təşkil etməyi istəyə biləcəyinin" gündəmə gəldiyi ifadə edilib.
Xəbərə qaynaq göstərilən və adı açıqlanmayan İsrailli səlahiyyətli kompüterinə və cib telefonuna sızılmasında Barakın etinasızlığının olmadığını dilə gətirib.
 
Hər hansı bir açıqlama gəlmədi
 
İddialara dair İsrail Daxili Kəşfiyyat Xidməti və ya Barakdan hər hansı bir açıqlama verilməyib.
İsrailin keçmiş baş qərargah rəisi və 9 apreldə keçiriləcək seçkilərdə baş nazir Binyamin Netanyahunun ən yaxın rəqibi kimi göstərilən Benny Gantzın cib telefonunun hakerlər vasitəsilə “virus yoluxdurulduğu” və hadisənin arxasında İranın olduğu xəbərləri keçən həftə İsrail mətbuatın gündəminə oturub.
Gantzın partiyası yenə "Kanal 12" televiziyasının xəbərləri ilə gündəmə gələn bu məsələnin mətbuata sızmasına görə baş nazir Netanyahuni günahlandırmışdı.

Müxalifət.az