“İsrail ABŞ siyasətçilərinə rüşvət verir” – Konqres üzvü

Baxış sayı:
5332

ABŞ-ın Minnesotadan Konqres üzvü Somali əslli Demokrat İlhan Omarın sosial media hesabından İsrail tərəfdarı Amerikan-İsrail Xalqla Əlaqələr Komitəsinin (AIPAC) İsraili dəstəkləmələri üçün ABŞ-lı siyasətçilərə pul ödədiyini ifadə etməsi Vaşinqtonda müzakirəyə səbəb oldu.
 
Müzakirə Nümayəndələr Palatasının azlıq lideri Respublikaçı Kevin Makkartinin İlhan Omar ilə Fələstin əslli Miçigan nümayəndəsi Raşida Tlaibı İsrailə yönəlik tənqidlərinə görə cazlandırmaqla təhdid etməsinə qarşılıq olaraq Omarın cavab verməsi ilə başlayıb.
Qeyd edək ki, bir jurnalistin Twitter hesabında, "ABŞ siyasətçiləri amerikalıların ifadə azadlığına əngəl olan başqa bir ölkəni müdafiə etməsi diqqət çəkicidir" deyə yazdığı qeydə İlham Omar da siyasilərin İsrail lobbisindən pul almasını nəzərdə tutaraq “Bunlar həmişə Benyaminin körpəsindən yanadırlar" deyərək qarşılıq verib.
Bundan sonra isə İsrail tərəfdarı bir jurnalist də "İlhan Omarın İsrail tərəfdarı olması üçün Amerikalı siyasətçilərə kimin pul verdiyini bilmək istərdim. Əslində təxmin edə bilirəm. Çox pis Konqres üzvüdür. Bu ikinci antisemit kinayə oldu" deyə qeyd edib.
Omar da pulu verən təşkilatın Yəhudi qurumu olan "AIPAC"-ı göstərərək paylaşmasından sonra mübahisələri tətikləyib.
 
OMARA “ÜZR DİLƏ” ÇAĞIRIŞI
 
İsrail tərəfdarı və Fələstin əleyhdarı duruşu ilə bilinən Amerika Yəhudi Komitəsi Twitter üzərindən etdiyi açıqlamada, "İlhan Omar Yəhudi bir qurumun Amerikalı siyasətçiləri satın aldığını iddia etməsi həm açıq bir şəkildə səhvdir və maraqlı bir şəkildə antisemit mövqedir. Amerikalı siyasətçilər İsrail tərəfdarıdır, çünki Amerikalılar da elədir. Üzr dilə" deyə bildirilib.
Yenə İsrail yanlısı AIPAC-dan edilən açıqlamada, "ABŞ-İsrail əlaqələrini gücləndirmək üçün demokratik prosesə qoşulduğumuz a görə qürur duyuruq. Bizim iki partiyalı fəaliyyətimiz Amerikan dəyər və mənfəətlərini əks etdirir. Bu əhəmiyyətli işə yönəlik məlumatsız və qanuni olmayan hücumlar bizi yolumuzdan döndərməyəcəkdir" deyə qeyd edilib.
 
Konqres üzvlərindən Ömərə təpki
 
Tlaib və Omarı cəzalandırmaqla təhdid edən Makkarti, Omarın paylaşmasına qarşı isə "yəhudi əleyhdarı eyhamların Konqres dəhlizlərində yeri yoxdur. Bu düşüncəsiz dilə yönəlik Demokrat rəhbərliyin səssiz qalması təhlükəlidir" deyib.
Müxalifət.az