İsrail ABŞ-Rusiya “atəşkəs” anlaşmasından narazıdır

İsrail ABŞ və Rusiya arasında Suriyanın cənubunda atəşkəs əldə edilməsi haqqında razılaşma imzalanmasının tərəfdarı deyil.
 
Bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu söyləyib. Onun fikrincə, bu atəşkəs regionda İranın güclənməsinə səbəb olacaq.
Qeyd edək ki, İsrail bundan öncə dəfələrlə Suriyanın cənub ərazilərini bombardman edib. Təl-Əviv buna əsas səbəb kimi İran meyilli qüvvələrin İsrailə təhdid yaratmasını göstərib.