İsrail 8 aylıq KÖRPƏNİ ÖLDÜRDÜ!

Baxış sayı:
3382

ABŞ-ın səfirliyini Qüdsə köçürməsi nəticəsində başlayan etiraz nümayişlərində zəzərçəkənlərin sayı getdikcə artır. İsrail əsgərləri silahsız insanlara kimsəyə məhəl qoymadan atəş açaraq, hətta 8 aylıq körpəni belə qətlə yetirib.
 
İsrailin Qüdsü işğal etməsi, dünən ABŞ səfirliyini müqəddəs şəhərə köçürməsi ilə rəsmiləşdirdi. Zorla İsrailə peşkəş edilməyə çalışılan Qüds üçün Qəzza və Ramallahda qan töküldü. İsrail əsgərləri, Fələstinliləri qətlə yetirdi.
 
8 AYLIQ KÖRPƏ ÖLDÜRÜLDÜ
 
İsrail əsgərləri qadın, kişi ayırd etmədən həyata keçirdiyi hücumlarda kimsənin yaşına da məhəl qoymayıb. Belə ki, öldürülənlərin arasında 8 aylıq körpə də var. İsrail əsgərinin gülləsi ilə qətlə yetirilən körpə, İsrail vəhşiliyinin gəldiyi son nöqtəni göstərib.
 
ƏRƏB BİRLİYİ SƏSSİZ
 
Fələstində yaşanan bu qətliamdan sonra Ərəb Birliyi həmiş\əki kimi, yenə səssiz qaldı və görüntü xarakterli bəyanatlarla yetindi. Bununla da Ərəb ölkələri yenə tərəflərini müəyyən etdilər. Xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ bu qətliamı pərdə arxasından dəstəkləyərkən, hərbi çevrilişlə hakimiyyətə gələn Misir prezidenti Sisi də birbaşa İsrailə verdiyi dəstəklə tanınır.
Müxalifət.az