İsrail 16 yaşlı Fələstinli qızı məhkəməyə AYAĞI ZƏNCİRDƏ GƏTİRDİ

Baxış sayı:
1866

Fələstinli cəsur qız Ahed Temiminin həbs müddətnin 5 gün uzadıldığı  məhkəməyə 16 yaşlı qızı İsrail polisiayaqlarına zəncir vuraraq gətirib.
 
Ramallah şəhərinin qərbindəki Ofer Hərbi Məhkəməsində baş tutan iclasda, “Hənzələ Cəsarət Mükafatı”nın sahibi 16 yaşlı Fələstinli Ahed Təmimi ilə anası Novruzun, istintaq sorğusunun davam edilməsi üçün həbs müddətlərinin 5 gün uzadılmasına qərar verilib.
Məhkəmə, Təmimi ailəsinin vəkilinin etdiyi etiraz nəticəsində yalnız Nur Naci ət-Təmimini 48 saatlığına və 1400 dollar girov müqabilində azadlığa buraxılmasına hökm verib.
 
AYAQLARINA ZƏNCİR BAĞLADILAR
 
Məhkəmədə 16 yaşlı Temiminin atası ilə danışmasına icazə verilməyib. 10-a yaxın polisin Temimiyi əhatə etdikləri və ayaqlarına zəncir bağlandığı müşahidə olunub.
Qeyd edək ki, İsrail əsgərləri, Temimiyi, 19 dekabrda Ramallahda ailəsiylə yaşadığı evə basqın təşkil etdikdən sonra nəzarətə almışdı.
Temiminin anası Novruzun isə qızı ilə bağlı məlumat almaq üçün getdiyi Ramallahın şərqindəki nəzarət məntəqəsində İsrail əsgərləri tərəfindən həbsə alındığı qeyd edilmişdi. Ofer Hərbi Məhkəməsi, 25 dekabrda Təmimi ailəsinin həbs müddətini 4 gün uzatmışdı.
Müxalifət.az