​İspaniyanın baş naziri Kataloniya şirkətlərinə səsləndi

İspaniyanın baş naziri Mariano Rahoy Kataloniya şirkətlərini muxtar cəmiyyəti tərk etməməyə səsləyib.
Muxalifet.az-ın məlumatına əsasən, bu barədə baş nazir özünün Twitter səhifəsində yazıb.
“Biz Kataloniya şirkətlərindən buranı tərk etməməyi, yerli məhsullardan istifadə etməyi xahiş edirik. Bir yerdə bizi birləşdirən bağları qorumalıyıq”, - deyə Rahoy bildirib.
Xatırladaq ki, Kataloniyada iki minə yaxın şirkət özlərinin hüquqi ünvanlarını dəyişmək qərarına gəliblər. Onlar oktyabrın 1-də müstəqillik haqqında referendum keçiriləndən sonra ofislərini Kataloniya ərazisindən çıxarmağa başlayıblar.
Rahoy İspaniya hökuməti Kataloniyada bilavasitə idatəetmənin tətbiq edilməsini təsdiqlədikdən sonra ilk dəfədir ki, Barseloniya səfər edib.