İspaniyadan Avropa Birliyinə “Türkiyə” xəbərdarlığı!

Baxış sayı:
202

İspaniyanın Xarici İşlər naziri Josep Borrell Avropa Birliyinə (AB) Türkiyə haqqında Şərqi Aralıq dənizindəki qazma fəaliyyətləriylə əlaqədar qərar vermədən əvvəl diplomatik danışıqlar aparması çağırışı edib.
 
Borrell Brüsseldə təşkil etdiyi mətbuat konfransında, AB Komissiyasının Türkiyənin Şərqi Aralıq dənizindəki qazma fəaliyyətlərinə qarşı məhdudlaşdırıcı tədbir variantlarını AB Şurasına çatdırmasını qiymətləndirib.
"Sanksiyalarda irəliləmədən əvvəl iki dəfə düşünməliyik" deyən Borrell, "Çünki sanksiyalar tətbiq olunduqdan sonra caydırıcılıqlarını itirərlər. Bu hadisədə Türkiyə ilə Yunan Kipri arasındakı müzakirələrə geri dönülməsini təşviq etmək, gərginliyin artmasını önləmək lazımdır. Bu anda diplomatiya zamanıdır" deyib.
Şərqi Aralıq dənizindəki qazma işləriylə əlaqədar mövzunun "beynəlxalq hüquq problemi" olduğunu ifadə edən Borrell, "Bütün Avropalıların Yunan Kiprinin yanında yer aldığını və beynəlxalq hüquqa hörmət etmədən yana olduqlarını" söyləyib.
Borrell Türkiyənin Şərqi Aralıq dənizində yaşadığı problemi İspaniyanın cənubundakı İngiltərə koloniyası Cəbəllütariq muxtar rəhbərliyiylə yaşadığı problemlərə bənzədib.
AB Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Yüksək Nümayəndəliyinə namizəd göstərilən Borrell, "bölgənin böyük bir potensiala sahib olmasına görə mövcud problemin Şərqi Aralıq dənizindəki digər ölkələrlə gələcəkdə başqa yeni anlaşılmazlıqlar yaradacağını" ifadə edib.
Müxalifət.az