​İSPANİYADA MƏHKƏMƏ PUÇDEMONUN HƏBSİNƏ ORDER VERDİ

İspaniyanın Milli Məhkəmə Palatası Kataloniyanın sabiq rəhbəri Karles Puçdemonun həbsinə order verib.
Publika.az vesti.ru-ya istinadən bildirir ki, məhkəmənin qərarı həmçinin Kataloniya hökumətinin 4 sabiq üzvünə də şamil edilir.
Onlar Kataloniya qeyri-qanuni yolla müstəqillik elan etdikdən sonra qiyam, üsyana təhrik etmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə və itaətsizlikdə ittiham olunurlar. K.Puçdemon və digər kataloniyalı məmurlar noyabrın 2-3-də İspaniyada məhkəməyə gəlməkdən imtina ediblər.
Hazırda Kataloniyanın sabiq rəhbəri Belçikadadır. Avropa qanunlarına uyğun olaraq, Avropa orderi verildikdən sonra K.Puçdemonu Belçika polisi həbs etməlidir.