İspaniyada “F-18” qəzaya uğrayıb, PİLOT ÖLDÜ

İspaniya Hərbi Hava Qüvvələrinə məxsus “F-18” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində 34 yaşlı pilot ölüb.
Bu barədə İspaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Qırıcı ölkə paytaxtı Madrid yaxınlığında, Torrejon de Ardoz hava bazasının ətrafına düşüb.
Faktla bağlı araşdırma aparılır.