​İspaniyada erməni quldur dəstəsi saxlanıldı

Baxış sayı:
7675

İspaniyada danışılmış tennis oyunlarının təşkil edilməsi ilə məşğul olan ermənilərdən ibarət qruplaşma zərərsizləşdirilib. On beş nəfər saxlanılıb, daha 68 nəfər, o cümlədən idmançılar barədə istintaq işi davam edir.
Muxalifet.az RİA Novostiyə istinadən məlumat verir ki, danışılmış oyunlarda əsasən “İTF Futures və Challenger” kateqoriyalarında çıxış edən tennisçilər iştirak edib.
Qruplaşma üzvləri isə onlarla əlaqəyə girərək oyunların nəticələrini əvvəlcədən razılaşdırıblar.
Qruplaşma 2017-ci ilin fevralından fəaliyyət göstərib. Ehtimal olunur ki, bu müddət ərzində onun gəliri milyonlarla avro təşkil edib. Əməliyyat oktyabr ayında keçirilsə də, mülki qvardiya onun təfərrüatları barədə yalnız indi xəbər verib.
İspaniyanın doqquz əyalətində keçirilən axtarışlardan sonra 167 min avro nağd pul, bank kartları, tapança, bahalı avtomobillər və zərgərlik əşyaları aşkar edilib. 42 bank hesabı dondurulub, daşınmaz əmlak obyektlərinə həbs qoyulub.
Şübhəlilərə qarşı quldur dəstələrinə aid olmaq, korrupsiya, fırıldaqçılıq, çirkli pulların yuyulması, qanunsuz silah saxlanılması və şəxsi məlumatların qanundan kənar mənimsənilməsi ittihamları irəli sürülüb.