İspaniyada bir gündə 670-dən çox insan koronavirusdan öldü

Baxış sayı:
2350

İspaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı daha 6 min nəfər artıb.
TASS xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, bununla ölkədə koronavirusa yoluxanların sayı 130 759 nəfərə çatıb. Son bir gündə ölkədə 674 nəfər COVID-19 infeksiyasının qurbanı olub.