İspaniya rusiyalı hakeri ABŞ-a təhvil verəcək

İspaniya məhkəməsi rusiyalı haker Stanislav Lisovun ABŞ-a ekstradisiyası barədə qərar çıxarıb.
 
 “RİA Novosti”nin verdiyi məlumata görə, məhkəmə bu qərara gəlib ki, ABŞ hüquq sistemi mövcud faktlar üzrə məhkəmə araşdırması aparılması üzrə kompetentdir. Şübhəli şəxs bu əməlləri ABŞ ərazisində törətməsə də, internet vasitəsilə həyata keçirilən fırıldaqçılıq nəticəsində zərər çəkənlərin əksəriyyəti məhz bu ölkədədir.
 Məhkəmə S. Lisovun vəkillərinin arqumentlərini rədd edib. Vəkillər qərardan şikayət verəcəklərini bildiriblər.
 Qeyd edək ki, S. Lisov 2017-ci lin yanvarında ABŞ-ın sorğusu əsasında Barselonada saxlanılıb. ABŞ S. Lisovu bank məlumatlarının oğurlanması üçün istifadə edilən “NeverQuest” troyan virusu hazırlamaqda ittiham edir. ABŞ-da bu iş üzrə təhqiqat 2014-cü ildən aparılır. Rusiyalı hakeri 35 ilə qədər həbs cəzası gözləyir.