​İspaniya qasırğaya təslim oldu

Baxış sayı:
1648

İspaniyada qasırğa və leysan yağışları nəticəsində məşhur kurortların əksəriyyətini su basıb.
Muxalifet.az Rusiya mediasına istinadən xəbər verir ki, güclü dalğalar səbəbindən Tenerif adasının sahilində yerləşən otellərinin eyvanları uçub.
Bundan əlavə, qasırğa Malaqa və Barselona şəhərində ciddi dağıntılar törədib, Alikante, Valensiya əyalətlərində isə "qırmızı" təhlükə səviyyəsi elan edilib.
Bir çox məktəblərdə dərslər dayandırılıb.