​İspaniya Puçdemonu həbsxanada qoruyacağına söz verdi

Kataloniya lideri Karlos Puçdemon Belçikadan İspaniyaya ekstradisiya olunacağı halda fərdi, yoxsa ümumi kamerada qalmaq qərarını özü verəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyindən Belçika Prokurorluğunun sorğusuna cavabda bildirilib.
Nazirliyin məlumatına görə, Puçdemon muxtariyyətin azadlığı iddiası ilə çıxış etmiş digər Kataloniya rəhbərləri və parlament nümayəndələri kimi “Estremera” həbsxanasına göndəriləcək. Puçdemon orada məhkəmə prosesini təklikdə, yoxsa tərəfdarları ilə birlikdə gözləməsinə özü qərar verəcək.
DİN həmçinin digər məhbuslar tərəfindən zorakılıq hallarına məruz qalmaması üçün Puçdemona xüsusi nəzarət edəcəyini açıqlayıb.
Qeyd edək ki, İspaniya Puçdemon və 4 nazirin həbsinə dair Avropa Birliyi çərçivəsində order versə də, Belçika məhkəməsi Kataloniyanın eks-rəhbəri Karlos Puçdemon və 4 keçmiş naziri azad etmişdi./axar/