İspaniya mətbuatı Ardanı sərt tənqid etdi - "Xaraktersiz milyonçu istedadını öz əli ilə kanalizasiyaya atdı”

Baxış sayı:
256

Türkiyəli müğənni Berkay Şahinlə dava edən Arda Turan İspaniya mətbuatı tərəfindən tənqid edilib.

Muxalifet.az xəbər verir ki, ispaniyalı idman jurnalisti Toni Frieros bir müddət “Barselona” forması geyinən Arda haqda sərt ifadələr işlədib:

“Arda “Barselona”nın son zamanlardakı ən pis transferidir. O, “Barsa”nı bahalı İstanbul küçəsi kimi gördü. Arda komandaya uyğunlaşa bilmədi. "Performans"ı da 0 səviyyədə. “Barsa” onunla nə edəcəyini bilmədi. Türkiyə komandaları belə, onu istəmirdi.

Arda Türkiyədə karyerasını torpağa basdırdı. Milli komandaya da çağırılmadı, çünki jurnalistlə dalaşmışdı. Ötən il də hakimə hücum etdi. İndi isə müğənni ilə dalaşır. Arda pis xarakterli milyonçudur. “Barselona” ona 1 milyon olsa belə, ödəyirsə, bundan əl çəkməlidir. Arda istedadını öz əli ilə kanalizasiyaya atdı”.

Karyerası ərzində “Qalatasaray”, “Atletiko”, “Barselona” kimi klublarda forma geyinən Arda, hazırda “Başakşəhər”in şərəfini qoruyur.

Arda ötən mövsüm “Başakşəhər” - “Sivasspor” matçında aldığı qırmızı vərəqəyə görə 16 oyunluq cəzaya layiq görülmüşdü. 31 yaşlı futbolçu hakimə hücuma görə 10, yan xətt hakimini təhqirə görə 3, əsas hakimi təhdid etdiyinə görə isə daha 3 oyun cəza almışdı. (Komanda.az)