​İspaniya miqrantları həbsxanaya yerləşdirdi

İspaniyanın daxili işlər nazirliyi ötən həftə ölkəyə sığınan 500 miqrantı həbsxanaya yerləşdirib.
Muxalifet.az xəbər verir ki, nazirlik miqrantları yerləşdirməyə məkan tapmadığı üçün belə bir addım atıb. Siyasi partiyalar, həmkarlar ittifaqları və QHT-lər nazirliyin qərarına sərt reaksiya göstərib.
Miqrantlar Malaqa şəhərindəki həbsxanaya yerləşdirilib. Daxili işlər nazirliyi qeyri-qanuni yolla ölkəyə girən və ölkələrinə deportasiya haqqında qanuni prosedur başlayan miqrantların həbsxanaya yerləşdirilməsini qanuni şərtlərə uyğun olaraq qəbul edilən qərar olduğunu söyləyib.
Həbsxanaya miqrantların müvəqqəti yerləşdirildiyini bildirən nazirlik onların bütün ehtiyaclarının qarşılandığını bildirib.