​İspaniya məhkəməsi Puçdemon haqqında qərar verdi

İspaniya Milli Məhkəmə hələlik Kataloniya hökumətinin keçmiş rəhbəri Karles Puçdemon haqqında həbs qərarı çıxartmayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məhkəmə nümayəndəsi jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, hələlik məhkəmə Puçdemonun həbs məsələsini təxirə salıb.
“Məhkəmə hələlik Puçdemonun həbsini istəməyib. Hazırda araşdırmalar aparılır”, - deyə nümayəndə bildirib.
Qeyd edək ki, bu gün Kataloniya hökumətinin keçmiş rəhbəri Karles Puçdemon haqqında həbs qərarının veriləcəyi gözlənilirdi. Hətta bu barədə məhkəmənin bir neçə rəsmi nümayəndəsi də danışmışdı. Buna səbəb, Kataloniya hökumətinin 8 sabiq üzvü barəsində həbs qətimkan tədbirinin seçilməsidir.