​İspaniya Kataloniyaya görə 12 milyard itirəcək

Kataloniya böhranı gələcəkdə İspaniyanın ümumdaxili məhsulunun 12 milyard dollar azalmasına səbəb olacaq.
Bu barədə informasiyanı “El Pais” qəzeti yayıb. Qəzet ölkənin itkilərinin çoxluğunun Kataloniya konfliktinin nə qədər davam edəcəyindən asılı olduğunu bildirib.
Qeyd edək ki, Kataloniya böhranı artıq 1 aydan çoxdur davam edir. Muxtar vilayət İspaniyanın tərkibindən ayrılmağa çalışsa da, Madrid buna izn vermir. Kataloniya ümumilikdə İspaniya ÜDM-sinin 20%-ni təşkil edir.