​İspaniya Kataloniya hökumətini istefaya göndərdi – Təcili

İspaniya hökuməti konstitusiyanın 155-ci maddəsinin yerinə yetirilməsi barədə qərar qəbul edib.

Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İspaniya Baş naziri Mariano Raxoy söyləyib. Onun sözlərinə görə, Madrid Kataloniya Muxtariyyətinin bütün hökumətini hakimiyyətdən uzaqlaşdırıb. O həmçinin muxtariyyətdə növbədən kənar seçkinin keçirilməsi haqqında qərar qəbul olunduğunu bildirib:
“Biz muxtariyyəti məhdudlaşdırmırıq, sadəcə qanun çərçivəsindən kənara çıxan hökuməti istefaya göndəririk. İspaniya hökuməti indiyə qədər Kataloniyanın muxtariyyətini məhdudlaşdıracaq 155-ci maddəni tətbiq etmək arzusunda olmayıb”.