İspaniya "Erməni soyqırımı" QƏRARINI VERDİ!

Baxış sayı:
5086

İspaniya Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi 1915-ci il hadisələrinin "Erməni soyqırımı" kimi tanınmasını nəzərdə tutan təklifi rədd edib.
 
Katalonyanın Respublikaçı Solçuların (ERC) 2016-ci ildə təqdim etdiyi təklif, bu gün İspaniya Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə gəlib.
1915-ci il hadisələrinin "Erməni soyqırımı" kimi qiymətləndirildiyi və İspaniya hökumətindən Ankaranın qondarma soyqırımı tanıması üçün təşəbbüs göstərməsi istənilən təklif, Türkiyənin diplomatik təşəbbüsləri nəticəsində rədd edilib.
9 lehinə, 17 əleyhinə olmaqla rədd edilən təklifdə 9 üzv də bitərəf qalıb. Rədd səslərindən 14-nü hakimiyyətdəki Xalq Partiyası (PP), 3-nü də Ciudadanos verərkən, Sosialist Fəhlə Partiyası (PSEO) bitərəf qalmağa üstünlük verib.
Təklif, son 3 il ərzində uğursuzluqla nəticələnən üçüncü cəhd olub. Daha əvvəl də İspaniya Nümayəndələr Məclisi və İspaniya Senatı da bu təklifləri rədd etmişdi.
Müxalifət.az