İspan matadoru korrida zamanı faciəvi şəkildə öldü

Baxış sayı: 104

Fransanın İspaniya ilə həmsərhəd Mon de Marsan kommunasında tanınmış ispaniyalı matador İvan Fandinyo korrida zamanı faciəvi şəkildə ölüb.
“Mirror”-un verdiyi xəbərə görə, 36 yaşlı matador korrida zamanı büdrüyərək yerə yıxılıb. Öküz onu havaya tullayaraq buynuzu ilə vurub döş qəfəsini dəlib.
Ağ ciyərindən ağır xəsarət alan matadoru xilas etmək mümkün olmayıb.