İsmayıllıda maşın dərəyə aşdı - Ölən var

Baxış sayı:
2767

İsmayıllı rayonunun İvanovka kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Muxalifet.az-a verilən məlumata görə, avqustun 5-də saat 18 radələrində İsmayıllı rayonunun İvanovka kəndi ərazisində kənd sakini Vasiliy Kazakov idarə etdiyi “UAZ-69” markalı avtomobili dərəyə aşırıb.
Nəticədə V.Kazakovun sərnişinlərindən həmkəndlisi Vladimir Skokov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.