İsmayıllıda kütləvi dava: 4 nəfər bıçaqlandı

İsmayıllıda bıçaqlaşma olub.
 
DİN-dən verilən məlumata görə, avqustun 21-də İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində rayon sakinləri Seyfi Hacıyev, Arif Hacıyev və Aqil Mustafayev ilə həmyerliləri Nemət Salmanov və Elşən Səfərov arasında münaqişə baş verib.
Bu zaman E.Səfərov bıçaqla S.Hacıyevə, A.Hacıyevə və A.Mustafayevə xəsarət yetirib. Hadisə zamanı N.Salmanov da xəsarət alıb.
İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən görülən tədbirlərlə E.Səfərov tutulub./axar.az