​İsmayıllıda 28 yaşlı gənc ov tüfəngi ilə ÖZÜNÜ VURDU

Baxış sayı:
4408

İsmayıllı rayonunda güllələnmə hadisəsi baş verib.
Hadisə rayonun Qalacıq kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ruslan Valeh oğlu yaşadığı evin həyətində ov tüfəngindən özünə atəş açaraq sağ döş qəfəsindən güllə yarası alıb. R.Məmmədov təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun ehtiyatsızlıq səbəbindən odlu silahla özünə xəsarət yetirdiyi bildirilir.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)