​İsmayıl "Bakı Marafonu 2019"-da birinciliyi qazandı

Baxış sayı:
2248

"Bakı Marafonu 2019"un qalibi müəyyənləşib.
 
Muxalifet.az trend-ə istinadən bildirir ki, finişə ilk çatan uqandalı iştirakçı Ssenyange İsmayıl olub.
 
Xatırladaq ki, bu gün Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" keçirilib. "Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.
 
Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.