İşləməyib dişləyənlər – OXUCU KÖŞƏSİ

Azərbaycanda  insanların  sosial durumunun günü-gündən ağırlaşdığı hamıya məlum həqiqətdir. Və heç bir şərhə ehtiyac yoxdu. Adi insanlar bunu öz üzərində hiss etdikləri kimi, dövlət məmurları da ölkədəki vəziyyəti görərək, tam şəkildə dərk edirlər. 
“Azərbaycan xalqının guzaranı, yaşam rifahı günü-gündən yaxşılaşır”, - deyən məmur da bilir ki, gözünün icinə kimi yalan danışır. Ancaq nə etsın, öz yaşamının yüksəlişi bilavasitə bu yalanlardan asılıdır. Məsələyə digər tərəfdən yanaşaq, belə hesab etmək olar ki, həmin məmur heç yalan danışmır və “Azərbaycan xalqının güzaranı, rifahı yaxşıdır”, - dedikdə özünü və ətrafını nəzərdə  tutur, axı bu əzəmətli məmurlarımız da azərbaycanlıdır. Demək ki, Azərbaycanda güzaranı yaxşılaşanlar da var.
Açıq etiraf edək ki, gün ərzində 12-14 saat işləməklə 250-300 manaat qazanmaq olar(iş tapa bilməsi sual doğurur) və bu məbləğ heç yarım aylıq xərcləri ödəyə bilməz. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda 8 saat işləyib normal yaşamaq mümkün deyil. Bunu istənilən vaxt subut etmək heç də çətin deyil. Rəsmi məlumatlara görə, ölkəmizdə orta əmək haqqı  təxminən 400-450 manatdır. Minimum əmək haqqı isə 116 manaatdı.         
Digər maraqlı fakt odur ki, əgər sadə Azərbaycan vətəndaşına minimum dolanışığını təmin etmək ücün 500-600 manat yetmirsə, 700-800 manat maaş alan dövlət məmurları necə olur ki, yağ-bal içində yaşayır, bahalı maşınlarda gəzir, möhtəşəm binalarda məskan salırlar? Əgər bu maaşa yaşamağın bir yolu, forması mövcuddursa, onu xalqa anlatsınlar, millət də öz işini bilsin.                      
Sözün əsl mənsında söhbət işləyənlərdən gedir, əsl həqiqətdə Azərbaycan vətəndaşlarının 80-85 faizi işləmir, bir qismi təqaüdçü və əlillərdir. Bu acınacaqlı faktlar heç müqayisəyə gəlmir. Yaxşı olardı oxucularımız özləri düşünüb-daşınsınlar. Əlqərəz... Deyilənləri faktların dili ilə desək, arqumetlərimiz öz təsdiqini tapar.
Bu günlər boş vaxtım olduğundan insanlarla görüşmək, ünsiyyət qurmaq  fürsəti yaranmışdı və çox maraqlı söhbətin şahidi oldum. Biləsuvarın mərkəzi parkının birində söhbətləşdiyim Qasım kişi, icra məmurları və onların yaxınlarının “qaz vurub qazan dolduduqlarından” geniş söhbətə belə başladı:
- Rayonun məkəzi dükanlarının əsas hıssəsi məmurlarındı, yalnız sənədləşmə yaxın qohum qudalarının adınadır. Dövlət ödəmələri də bunlara aid deyil. Şadlıq evləri də ki, ancaq icra məmurlarının monopoliyasındadır.
Qasım kişi nəql edir ki, Biləsuvar rayon İcra Hakimiyyəti numayəndəsinin yaxın qohumunun 2-3 ədəd, yəni hərəsi 65-70 hektarlıq balıq yetişdirmə gölü (dambası) var. Bu göllərin təxminən hər biri il ərzində 250-300 min manat gəlir gətirir. Saymamazlıq o yerə çatıb ki, soyadı məlum olmayan, Biləsuvar rayonunda yaşamayan, icra məmurlarının himayəsi ilə özbaşına balıqçılıq gölü salıb. Bu rayonda ondan soruşan yoxdur ki, balam, sən hardan gəlmisən? İşdir, Biləsuvar rayonunun Xırmanali kəndində Mahmudçala deyilən əraziyə yolu düşən olsa, özünüz şahid ola bilərsız. Onu da deyək ki, bu göllərin tikintisinə bir manat da xərclənməyib. İşi idarə-təşklatlar tapşırıqla, onların hesablarına görülüb.        
Belə bir şəraitdə gəlin görək hansı inzibatı orqanın gəlib bu məsələləri araşdırmaq qabiliyyəti var? Birmənalı olaraq “yox” cavabını vermək olar.
Digər həmsöhbətim Qabil müəllim isə hesab edir ki, bu ölkədə ancaq “atanşik”, ”moşennik”, “işbazlar” yaxşı yaşayır. Çünki bu hakimiyyəti təşkil edən təşkilatçıların böyük əksəriyyəti həmin kateqoriyaya uyğun gəldiyindən, ad çəkməyin elə bir önəmi yoxdur və söhbətin kimdən getdiyini hamı yaxşı bilir.
Bu məmləkətdə həqiqətən də toxun acdan xəbəri yoxdu. Elə işləməyənlər də həmin toxlardır ki, işləyənlərin hesabına milyonlar qazansalar da, onların sosial durumu barədə əsla düşünmürlər.
Hamımızın bildiyi bir misalı deyim. Bir ishesalat sahəsinndə 50 işçi işləyir, bu işləyənlərin sayəsində sahibkar deyək ki, ayda  500 min qazanır. Yəni hər bir işçi sahibinə 10 min qazanc gətirir. O isə bunun müqabilində işçiyə ən yaxşı halda 200-300 manat maaş verir. Bu səbəbdən də deyə bilərək ki, bu gün işləməyənlər işləyənlərin əməyini yeyir, toplayır istismar edir. Belə  bir səraitdə  isə heç zaman isanların rifahı yüksələ bilməz. Hər bir kəs həmin yarıac, yarıtox yaşayan vətəndaşın bir həftəlik bazarlığına diqqət  yetirsə, yaxud bazara gedərsə müqayisə anlayışı olar. Digər tərəfdən, qidalanmaların zəif və keyfiyyətsiz olması ucbatından xəstəliklərin sayıda  baş alıb gedir.
Bütün yuxarıda qeyd etdiklərim onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycan yaşayış ücün çox bahalı bir məmləkətdir. Və bu ölkədə adi insanların yaşamı günü-gündən çətinləşir. Mövcud hakimiyyət başbilənləri ancaq uğurlardan danışır. Budurmu uğurunuz? Budurmu insanların guzaranının, rifahının yaxılaşması?
Mən sadəcə olaraq gördüklərimi, eşitdiklərimi şərh etdim. Əgər bu faktların ciddi iqtisadi araşdırılması aparılsa, daha ciddi, acınacaqlı vəziyyət ortaya çıxa bilər. Bir sözlə, bu məmləkətdə işləyənlər ac olsa da, işləməyənlər kefdədir. Ancaq onların da qiyamı yaman olur, haaa...                                                                                               

Əlizadə  Nəhmədağaoğlu