İslandiyada 22 saatlıq oruc 18 SAATA ENDİRİLİB

Baxış sayı:
1036

İslandiya müsəlmanları Ramazan ayında 22 saat oruc tutur. Günün demək olar ki, hamısını oruclu keçirən İslandiyalı Müsəlmanların bir qismi öz aralarında, orucu 18 saata endirib.
 
Ramazan ayı son bir neçə ildir ki, yay mövsümünə təsadüf etdiyi üçün olduqca uzun saatlarda oruc tutulur, ancaq bu müddət insanlar üçün motivasiya mənbəyi olur.
Ramazanı ən uzun müddət oruclu olaraq keçirən İslandiyada yaşayan Müsəlmanlar 22 saat oruc tutur. İslandiyanın paytaxtı Reykyavik şəhərində bir qrup Müsəlman "Qurana əsaslandığı" fətvaya görə, orucu 18 saata endirib.
 
23:00-dan SONRA İFTAR
 
İslandiyada iftar ilə sahur arasındakı müddət 22 saatdır. 23:00-dan sonra oruclarını açan Müsəlmanlar 04:00 olmadan da təkrar sahura otururlar. Hər nə qədər 22 saatlıq oruc çətin olsa da, İslandiyalı Müsəlmanlar bu vəziyyətdən məmnundurlar.
Xüsusilə inanclarının onları motivasiya etdiyini bildirən paytaxtdakı Müsəlmanlar, 22 saat oruc tutmağın çətin olmaqla yanaşı, inancları ilə çətinliyi dəf etdiklərini və oruc tutmağın asanlaşdığını deyirlər.
 
BİR QRUP 18 SAAT ORUC TUTUR
 
İslandiyada hər kəs 22 saatlıq oruc tutmur. Paytaxt Reykyavik şəhərində yaşayan bir qrup Müsəlman, 22 saatlıq oruc tutmağın onlara çətin gəldiyini və ibadətdə rahatlığın əsas götürülməsinin lazım olduğunu bildirərək 18 saat oruc tutur.
Müxalifət.az