“İslami Cihad”dan “Qəzza” açıqlaması: TƏL-ƏVİVƏ HÜCUM EDƏCƏYİK

Baxış sayı:
9073

“İslami Cihad”ın sözçüsü Davud Shihab etdiyi açıqlamada, İsrailin Qəzzaya qarşı təcavüzü davam etdiyi halda, hərəkatin Təl-Əvivə hücum edəcəyini deyib.
 
Shihab, "Belə bir şeyi edə biləcək qabiliyyətimiz var. İtirəcək heç bir şeyimiz yoxdur. Sonra heç kəs bizi cəzalandırma hüququna malik olmayacaq. O zaman, Netanyahu, haqlı çıxmaq üçün yalanına davam edə bilər" deyib.
İnternet saytına görə Shihab, İsrailin 30 martdan bu yana Qəzza-İsrail sərhədində davam edən etirazlardan sonra özünü "çıxılmaz vəziyyətdən" xilas olmaq üçün Fələstinlilərlə hərbi qarşıdurma istədiyini söyləyib.
Shihab bundan başqa, Qəzzadakı son İsrail hava hücumlarını, Təl-Əviv rejiminin həqiqətin səsi qarşısında məğlubiyyət, uğursuzluq və çarəsizliyin bir işarəsi olduğunu deyib.
 
FƏLƏSTİN GƏMİSİNƏ HÜCUM
 
Qeyd edək ki, çərşənbə günü İsrail döyüş təyyarələri Qəzza sahilindəki İsrail blokadasını qırmaq istəyən beynəlxalq bir azadlıq donanmasını qarşılamaq üçün hazırlanan Qəzza limanında bir Fələstin gəmisini batırıb.
BMT uzun müddətdir ki, blokadanı qanunsuz elan edib.
Müxalifət.az