İslamçılar Azərbaycanda yeni hərəkat yaratdılar

Azərbaycanda “Müsəlman Birliyi Hərəkatı” təsis olununub. İslamazeri.az xəbər verir ki, hərəkat həbsdə olan Tale Bağırzadənin sədrliyi ilə təsis olunub.

Hərəkatın sədr əvəzi olan E.Qasımov bildirib ki, birliyin yaradılmasında əsas məqsəd ölkə daxilində məzhəbindən asılı olmayaraq, bütün inanclı insanları bir bayraq altında vəhdətə gətirməkdır: "Hər bir xalqın özünün tarixi köklərinə, mədəniyyətinə, inancına söykənən milli-mənəvi dəyərləri var. Azərbaycan xalqının yaşatdığı milli adətlərin demək olar ki, böyük əksəriyyətinin Allahın insanlığa göndərdiyi sonuncu kamil din olan İslam ənənələri ilə vəhdət təşkil edir... Müsəlman xalqlarına imperialist qüvvələrin təsir etdiyini və nəticədə millətlərin mədəniyyətinə, milli kimliyinə mənfi təsirləri Azərbaycançılıq və İslami dəyərlərin qorunub saxlanılması istiqamətində hərəkat çox böyük rol oynayacaq".