İslam şəhərləri MƏQSƏDLİ ŞƏKİLDƏ MƏHV EDİLİR - Dəhşətli FAKTLAR

Tarix boyu bir çox mədəniyyətə, dövlətə ev sahibliyi edən Yaxın Şərq, ABŞ-ın İraqın işğalı ilə başlayan prosesdə talan və yağmalanma başladı. Yaxın Şərqin qədim şəhərlərini barbarlıqla tanış edən “Qərb” açdığı dərin yaralarla tarixi şəhərləri yox etdi, xarabalığa çevirdi. Bağdad, Mosul, Hələb və Rakka, ABŞ bombaları ilə kabus şəhərə döndü.
 
İRAQ İŞĞALI BAŞLADI
 
Yaxın Şərqdəki tənəzzül ABŞ-ın 2003-ci ildə İraqı işğal etməsi ilə başladı. Səddam Hüseynin kimyəvi silahlara malik olması bəhanəsi ilə İraqa girən ABŞ, 10 il davam edən müharibədə 1 milyon insanın ölümünə yol açdı. Bununla yanaşı, minlərlə evin, binanın tənəzzülünə səbəb oldu. İnsanlar köç etdi. Bağdadda gözdən qaçan əsas tənəzzül isə mədəni yöndədir.
 
YÜZLƏRLƏ MƏSCİD HƏDƏF OLUB
 
Yaxın Şərqin mədəniyyət paytaxtlarından olan Bağdadda Əməvi, Abbasi və Osmanlı dövründə inşa edilmiş yüzlərlə məscid, mədrəsə, dərgah yararsız hala gətirildi. O gündən sonra da heç bir məsciddə ciddi bərpa işləri görülmədi. Nasiriye şəhərindəki Babil İmperiyasından qalan məbəd, Bağdadın ən məşhur məscidlərindən Əbu Hənifə Məscidi, Fellucedeki Hulafa əl Raşid Məscidi, Huzistan əyalətində Seyyedoşada Məscidi, ABŞ əsgərlərinin ağır silahlarının mərmiləri ilə dağıdıldı.
 
MOSUL ARTIQ KABUS ŞƏHƏRDİR
 
ABŞ Yaxın Şərqin başına bəla etdiyi İŞİD-lə mübarizə bəhanəsi ilə bölgədə hərbi əməliyyatlar keçirdi. O yerlərdən biri də Mosuldur. ABŞ-ın rəhbərlik etdiyi koalisiya, 9 ay ərzində tarixi şəhəri bombaladı. Şəhərdə 40 min adam öldü, 126 min ailə evlərindən oldu. BMT-nin verdiyi statistik rəqəmlərə görə, bir milyon mülki şəxs şəhəri tərk etdi. 8 min 475 ev söküldü, dövlət binalarının da əlavə olunması ilə bu rəqəm 10 mini keçdi. Şəhərdəki Türk və İslam izləri də silindi. Əmir Nurəddin Zəngi və Osmanlı əsərlərinin əksəri viran oldu. Tarixi karvansara, Məscid əl Nuri və Mosul rəmzi Hadba Saat Qülləsi, Hıdırellez Məscidi, Mosul Hərbi Kazarması, Delfin Nəbi Məscidi, İmam Avneddin Məscidi artıq istifadəyə yararsız hala gəldi. Gələcək nəsillər İslam mədəniyyətinin bu simvol əsərlərində artıq namaz qılma və memarlıq gözəlliklərini seyr etmə imkanı tapmayacaq.
 
HƏLƏBDƏN GERİYƏ DAĞINTI QALDI
 
600 mindən artıq adamın öldüyü Suriyada vətəndaş müharibəsinin bir qurbanı da ölkənin mədəniyyət irsi oldu. Müxaliflər və rejim qüvvələri arasındakı toqquşmalarda bir çox tarixi əsər zərər gördü. Vətəndaş müharibəsinin başladığı 2011-ci il Mart ayından bu yana mindən çox məscid sökülüb və ya zərər görüb. Məscidlərlə yanaşı, çox sayda türbə, mədrəsə, muzey, bazar və mülki memarlıq əsəri tarixi binalar xarabalığa çevrildi. Bunlar arasında ən gözə çarpan isə Hələbdəki Əməvi Məscididir. 8-ci əsrdə inşa edilən məscidin 13-cü əsrdə yenidən qurulan minarəsi hücumlar nəticəsində yıxıldı. Hələbdə bombalarla dağıdılan digər bir tarixi məscid isə Həzrət Zəkəriyyə Məscidi oldu. İçərisində Həzrət Zəkəriyyənin türbəsi ilə yanaşı, Hz.Muhammedin saqqalı-şərifi və dişi də var idi.
 

RAKKA DA EYNİ TALEYİ BÖLÜŞÜR
 
ABŞ-ın ötən günlərdən İŞİD-dən bir başqa terror təşkilatı PKK/PYD-yə təslim etdiyi Rakkada da vəziyyət fərqli deyil. Rakkanın son vəziyyəti ikinci dünya müharibəsi zamanı müttəfiqlər tərəfindən bombalanan Almaniyanın Drezden şəhəri ilə müqayisə edilir. Şəhərdən gələn görüntülər keçirilmiş bombardmanın böyüklüyünü nümayiş etdirir. ABŞ hərbi hava qüvvələri PKK və İŞİD-in baza olaraq istifadə etdiyi məscidləri də bombaladı və geriyə yalnız daş qalağı qaldı. Şəhərdə 100-ə yaxın məscidin dağıdıldığı və ziyan gördüyü ehtimal edilir. Şəhərin yenidən qurulması, tarixi məscidlərin qaydalara əsasən bərpa edilməsi isə yaxın gələcəkdə mümkün görünmür. Ölkənin YUNESKO dünya irsi siyahısındakı 6 sahəsi, Hələb Antik Şəhəri, Bosra Antik Şəhəri, Dəməşq Antik Şəhəri, Crac Des Chevaliers və Qalat Salah Eldin Qalaları ilə çölün gəlini ləqəbli antik şəhər olan Palmira raket, tank və yüngül silahlar səbəbiylə ağır zədələr alıb. Hələbin orta əsrlərdən qalan bazarları yox olub.
 
Birlikdə Dağıtdılar
 
ABŞ, Fransa, Rusiya, İran, İsrail, Almaniya və İngiltərə Əsəd və İraq rejimləri ilə əməkdaşlıq edərək min illik tarixi şəhərləri xəritədən sildilər. 20 il Xəlifə Rəşidin xilafətinə paytaxtlıq edən və Türklərin Anadoluya ilk giriş qapısı olan Rakka, Xalid Bein Vəlidi və onlarca işçinin dəfn olduğu 2 min illik Xüms, mədəniyyətlərin qovşaq nöqtəsi və şəhərlərin anası Hələb, hər yanında Səlcuqlu və Osmanlı izləri daşıyan Mosul və Kərkük, Zennubyadan Əməvilər və Osmanlılara dair bir çox tarixi irsin məskunlaşdığı Tedmur və Xama, Dəraa, Əl Bab, Kərkük son 30 illik yağma dövrünün qurbanı olan mərkəzlər arasındadır. Babilistan, Xaldey, Aşuri, Sasani, Makduni, Roma, Əməvi, Abbasi, Əyyubi, Zəngi, Səlcuqlu və Osmanlı dövründən saysız-hesabsız nişanə daşıyan şəhərlər bütün zinətləri ilə birlikdə xarabalığa çevrildi. Onlarca tarixi qala, məscid, mədrəsə, kilsə, karvansara, körpü və ibtidai məbəd, içərisində yaşayan insanlar ilə birlikdə bombalanıb. Monqollar sonrası tarixə dair izləri silmə məqsədli ən böyük qarət prosesi ABŞ liderliyində hələ də davam edir. Xarabalığa dönən məkanlarda 3 milyon insan öldürülərkən, 7 milyonu da yaralanıb. Onlarca mədəniyyət və ortaq yaddaşı silmək məqsədi ilə 30 illik işğal və qarət prosesində 23 milyon insan yaşadığı yerlərdən qovulub.


 
Tarixi əsər mafiyası

 
Miladdan əvvəl 2000-ci illərə qədər uzanan Mesopotamiya əsərlərini saxlayan milli muzey başda olmaqla, İraqın ən dəyərli muzeyləri talan edilib. Qərb rəsm əsərlərinin ən qiymətli kolleksiyaları tarixi əsər qaçaqmalçıları tərəfindən ABŞ və İngiltərəyə aparılıb, satılıb. Tədqiqatçılar işğal zamanı İraqdan 15 min tarixi əsər qaçırıldığını bildirir. 2006-cı ildə bu əsərlərin bir qismi, ABŞ-da Christies kimi məşhur hərrac evlərində ortaya çıxdı. ABŞ bu günə qədər İraqa 1200 eksponat ekstradisiya edib. Tarixi əsər mafiyasının son 20 ildə ən çox yağmaladığı region,şübhəsiz, İraq və Suriya oldu.

Müxalifət.az