İslam “Salaməleykum, qardaşlar!” mahnısıyla Qafqazda məşhurlaşdı - VİDEO

Baxış sayı:
8734

Türk mənşəli müsəlmanların yaşadığı Qaraçay-Çərkəz Respublikasından olan tanınmış ifaçı İslam Itlyaşev rus dilində "Salaməleykum, qardaşlar" mahnısı  olan video-çarxı internetə yükləyib.  
Muxalifet.az xarici İslam saytlarına istinadla xəbər verir ki, mahnının mətnində Qafqazda yaşayan müxtəlif xalqlara ünvanlanmış bir müsəlman salamı var. Dağların fonunda fərqli Qafqaz xalqlarının nümayəndələri alovlu bir "ləzginka" rəqs edirlər. Video şəbəkələrdə çox populyarlıq qazanıb və bir çox müsbət rəy alıb.