İslam ölkələri çevrilişlərlə çalxalanır - Bu ölkələrdə eyni anda MÜHARİBƏ ALOVU

Baxış sayı:
1942

Dünyanın bir çox bölgəsində fərqli səbəblərdən dolayı ortaya çıxsa da, eyni məqsədə xidmət edən silahlı qarşıdurmalar hökm sürür.

Hazırda 69 ölkədə 822 qrup tərəfindən müharibə aparılır.

Bu müharibələr nəticəsində aclıq, xəstəlik, iqtisadi böhran, sürgün və miqrasiya problemləri durmadan artır.

Qlobal güclərin öz maraqları üçün qurduqları savaş planları dünyanın müxtəlif bölgələrərində müxtəlif qruplar vasitəsilə gerçəkləşdirilir. Bu planın qurbanı da ən çox İslam dininin geniş yayıldığı bölgələrdir.

FƏLƏSTİN

Əsrlər öncə müharibə ocağına çevrilən Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsindən sonra gərginliyin pik həddə çatdığı nöqtə oldu. Ramazan ayı ərəfəsində İsrailin hücumları kəskinləşdirməsi müsəlman dünyasının diqqətini çəkdi.

SURİYA

2011-ci ildə başlayan vətəndaş müharibəsində Suriyada 353 min 900 nəfərin ölümü rəsmi şəkildə açıqlanıb. Ən az 5,6 milyon insan qaçqın düşüb. Təkcə Türkiyə 3,5 milyon suriyalıya sığınacaq verib. Müharibənin necə başa çatacağı müzakirə mövzusu ikən Rusiya, Türkiyə və İran bölgədə sabitliyin bərqərar olması üçün çalışır.

ƏFQANISTAN

2001-ci ildə ABŞ-ın hərbi müdaxiləsinə məruz qalan Əfqanıstan bu gün bir xarabalıqdan fərqlənmir. Siyasi xaos, iqtisadi böhran və terror təşkilatlarının at oynatdığı ölkədə həll yolu tapmaq üçün Talibanla ABŞ arasında aparılan danışıqlar nəticəsiz qalıb.

MYANMAR

Arakandakı rohinya müsəlmanlarına qarşı buddist mafiyanın 1984-cü ildə başlayan və 2012-ci ildə kütləviq qətliama çevrilən hücumları davam edir. Dövlətin dəstəyi ilə gerçəkləşən soyqırımlarda 1970-ci ildə 2 milyon olan müsəlman sayı hazırda 300 minə düşüb.

ŞRİ-LANKA

Hindistandan ayrıldıqdan sonra Tamillər və hökumət arasında baş verən müharibədən sonra ölkə özünə gəlməyə başlayırdı. Etnik mübarizələrə səhnə olan Şri-Lankada bu yaxınlarda 3 kilsə və 3 hotelə bombalı hücum nəticəsində 207 nəfər ölüb, 500 nəfər yaralanıb.

İRAQ

2003-cü ildə ABŞ tərəfindən işğal olunan İraqda 16 ildə 2 milyona yaxın insan ölüb. ABŞ-ın iraqlılara verdiyi işgəncə nəticəsində bölgə terror yuvasına çevrilib.

SUDAN

Qəbilə savaşlarından sonra ikiyə bölünən Sudanda gərginlik sakitləşmir. 11 dekabr 2018-ci il tarixində həyatm bahalılığı səbəbilə etiraz aksiyaları keçirilir. 11 aprel 2019-cu il tarixində isə hərbi çevriliş nəticəsində Ömər əl-Bəşir vəzifəsidən istefa verib.

VENESUELA

Neft yataqları sayəsində dünyanın ən varlı ölkələrindən birinə çevrilən Venesuela üsyanlar, çevrilişlər, savaşlar meydanına çevrilib. ABŞ və Avropa tərəfindən dəstəklənən Quaydo qanuni dövlət başçısı Nikolas Maduronun vəzifədə olmasına rəğmən, özünü prezident elan edib. Bu yaxınlarda ölkədə hərbi çevriliş də baş verdi. Küçə savaşlarının hökm sürdüyü ölkədə gərginlik hələ də davam edir.

SOMALİ

Somali 196-cı ildə müstəqil olub. Müstəqillikdən sonra illər çevriliş, Efiopiya ilə müharibə, sui-qəsdlərlə keçib. Müxtəlif terror təşkilatlarının at oynatdığı ölkədə aclıq, qorxu hökm sürür.

YƏMƏN

“Ərəb baharı”ndan sonra həyat mübarizəsinə qatılan Yəmən vətəndaş müharibəsi ilə alışıb-yanır. Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və İranın daxil olması ilə müharibə daha da şiddətlənib. Yəməndə ən az 8,4 milyon insan aclıqdan ölməkdədir. 14 milyon insanın isə təcili humanitar yardıma ehtiyacı var.

KƏŞMİR

1947-ci ildə Hindistanın bölünməsindən sonra ortaya çıxan Kəşmir problemi Pakistan, Hindistan və Çin arasında qarşıdurma bölgəsinə çevrilib.

LİVİYA

2011-ci ildə Qəddafinin devrilməsindən sonra fərqli qrupların hakimiyyət üzərində mübarizəsinə səhnə olan Liviyada qlobal güclər də rol oynayır. Ölkə Tripolidəki beynəlxalq dəstəkli hökumətlə şərqdəki Haftar qüvvələri arasında bölünmüşdü. General Haftar paytaxtı ələ keçirmək üçün 4 apreldə hücum əmri vermiş, bundan sonra hökumət Burkan Əl-Qadab əməliyyatını başlatmışdı. Bölgədə gərginlik hələ də davam edir.

Publika.az