İslam Mərkəzinə ALÇAQ TƏCAVÜZ

Baxış sayı:
3856

İtaliyanın şimalındakı Rapallo şəhərindəki İslam mərkəzinə İslamofobik hücum təşkil olunub.
 
İtaliyanın “ANSA” agentliyinin məlumatına görə, ölkənin şimalındakı Rapallo şəhərində yerləşən bir İslam mərkəzi, İslamofobik təcavüzə məruz qalıb.
Mərkəzin üç girişindən birində qapını sındıraraq içəri girən naməlum təcavüzkar, namaz zamanı istifadə edilən mikrofonu oğurlayıb.
Təcavüzkar, mərkəzdəki Qurani-Kərimi cırıb, üstünə qələmlə “xaç” işarəsi çəkib və təhqir dolu sözlər yazıb.
Polisin hadisə ilə bağlı istintaqa başladığı bildirilib.
Qeyd edək ki, eyni mərkəz, keçən ay da bir oğurluq hadisəsinə məruz qalmış, içəri girən naməlum şəxs pul kassasını oğurlamağa çalışmışdı.
Müxalifət.az