İslam əleyhdarı siyasətçi müsəlmanlığı qəbul etdi

Baxış sayı:
14479

Hollandiyanın ultrasağ “Azadlıq” partiyasının üzvü Yoram van Klaveren İslam dini haqqında tənqidi kitab yazarkən müsəlman olub.
Muxalifet.az xəbər verir ki, bu barədə musavat.com məlumat yayıb.
“Əgər siz tək bir Allaha inanır və həzrəti Məhəmmədin Musa və İsa ilə bərabər onun elçisi olduğunu qəbul edirsinizsə o zaman siz müəlmansınız”,-deyə Yoram van Klaveren bildirib.
Yuxarıda göstərildiyi kimi əvvələr van Klaveren radikal sağçı Gert Vildersin partiyasında olub, lakin 2014-cü ildə partiya sıralarını tərk edib. Əvəvllər Klaveren İslamın sərt tənqidçisi sayılıb və onun “yalan” olduğunu deyirmiş.
“Mən həmişə islamın neqativ imicinin yaranması və formalaşması üçün çalışmışam. Lakin inamım onunla tanış olduğum zaman yenidən təzələnib”-deyə hollandiyalı siyasətçi qeyd edib.
Qəzetin verdiyi xəbərə görə, van Klaveren radikal partiyadan ayrılıb islamı qəbul edən ilk hollandilaylı deyil. 2011-ci ildə Arno van Doorn adlı partiya üzvü də “Azadlıq” partiyasının sıralarını tərk edərək müsəlman olmağa qərar veribmiş.