İslam Kərimovun qızı onun dəfninə gəlmədi - YENİLƏNİB

Bu gün Səmərqənddə dəfn olunmuş Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova atasının dəfnində iştirak etməyib.
"Fərqanə" agentliyi yazır ki, Gülnarə Kərimova hələ də ev dustağıdır və ona internetə giriş qadağan edilib. 

*** 14:41
İslam Kərimov valideynlərinin yanında dəfn edildi

Özbəkistanın mərhum prezidenti İslam Kərimov Səmərqəndin mərkəzində yerləşən Registan meydanında təşkil edilən vida mərasimindən sonra dəfn edilib.
 Hurriyyet.org RİA Novosti agentliyinə istinadən xəbər verir ki, İ. Kərimov Şahi-Zinda adlı qədim məzarlıqda, valideynlərinin yanında dəfn olunub.
 Onun cəsədini qohumları və vətəndaşlar meydandan məzarlığa çiyinlərində aparıblar.
İ. Kərimovu son mənzilə aralarında xarici nümayəndə heyətlərinin də olduğu minlərlə insan yola salıb.
Dəfn mərasimində Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Qeyd edək ki, Özbəkistan hökuməti və parlamenti İslam Kərimovun ölümü ilə bağlı dünən rəsmi məlumat yayıb.

***14:27
İslam Kərimovun tabutu 2 km çiyinlərdə aparıldı 

Özbəkistan prezidenti İslam Kərimovla vida mərasimindən sonra cənazə dəfn ediləcəyi məzaradək çiyində aparılıb.
"RİA Novosti" xəbər verir ki, vida mərasimi keçirilən Səmərqəndin Raqistan meydanından Şahi-Zinde kompleksinədək 2 km-dir.
Məlumata görə, İslam Kərimovu son mənzilə şəhər əhalisi, xarici ölkədən rəsmi qonaqlar, siyasətçilər yola salıblar.
Xəbərdə bildirilib ki, İslam Kərimovun qəbri XIX əsrdə tikilmiş Həzrəti-Xızır məscidinin yaxınlığındadır.
 
*   *   *13:24
 
Səmərqənddə Özbəkistan prezidenti İslam Kərimovla vida mərasimi keçirilir.
"İnterfax" xəbər verir ki, mərasimdə dövlət başçıları, xarici ölkələrin nümayəndələri, ölkə ictimaiyyətinin təmsilçiləri və jurnalistlər iştirak edirlər.
Məlumata görə, vida mərasimi Özbəkistan prezidentinin bu şəhərdəki iqamətgahında keçirilir.
Qeyd edək ki, İ.Kərimov Səmərqənddə tarixi Şahi-Zində qəbiristanlığında, ata-anasının qəbri yanında dəfn ediləcək. Son 20 ildə bu qəbiristanlıqda dəfn edilən olmayıb.
Şahi-Zində qəbiristanlığı IX əsrdə yaradılıb. Orada IX-XIV və XIX əsrlərə aid 20-dən artıq tarixi tikili var. Şahi-Zinə - Diri şah deməkdir. Bu qəbirstanlılqa bağlı rəvayətlərdən birin də deyilir ki, Məhəmməd peyğəmbərin əmisi oğlu Hüsam ibn-Abbas İslam dinini yaymaq üçün kiçik bir qrupla Səmərqəndə gedib. Orada yerli sakinlər tərəfindən oxla vurularaq, öldürülüb və kafirlərdən yayınaraq, iki dağın arasında yaşayır. Başqa versiyaya görə, o quyuya enib. Onun hazıərda həmin ərazidə yaşadığınıa inananlar da var. Teymuri memarlığında ən önəmli yeri türbələr tutur. Teymuri türbə memarlığının ən önəmli örnəklərindən biri Səmərqənddəki Şahi-Zində kompleksidir.
Bu kompleks Səmərqəndin başqa tarixi abidələri ilə birlikdə YUNESKO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilib.
 
***13:10

Sentyabrın 3-də Özbəkistanda Islam Kərimovla vidalaşma mərasimi keçirilir. Rəsmilər onun sentyabrın 2-də öldüyünü açıqlayıblar.
Kərimovun cənazəsi doğulduğu Səmərqənd şəhərinə gətirilib.
Ölkədə üçgünlük matəm elan olunub.
Muxalifet.az xəbər verir ki, Səmərqənddə mərhum prezidentin cənazəsini minlərlə sakin qarşılayıb. Vidalaşma mərasimi şəhərin mərkəzi meydanlarından birində düzənlənib.
Kərimov şəhərin tarixi məzarlığında, valideynlərinin yanında dəfn olunacaq. Bu məzarlıqda son 20 ildə heç kim dəfn edilməyib, prezident üçün istisna hal yaradılıb.
Avqustun 27-də Kərimov insult diaqnozu ilə yerləşdirilib. Onun ürəyi dayansa da, reanimasiyada ürəyin fəaliyyəti bərpa edilib, ancaq həkimlərin səyinə baxmayaraq, Kərimov sentyabrın 2-də vəfat edib.
Islam Kərimovu Rusiyadan, Almaniyadan, Monako və Finlandiyadan gələn mütəxəssislər müalicə ediblər.
Beynəlxalq hüquq-müdafiə təşkilatları Özbəkistanın mərhum liderini mütəmadi insan haqlarını pozmaqda, ölkədə diktatura yaratmaqda ittiham edirdilər. O, pambıq yığımında uşaq əməyindən istifadə edilməsinə görə də tənqid hədəfi idi.