İslam Kərimovun dəfn mərasimində Türkiyəni Toğrul Türkeş təmsil edəcək

Özbəkistan prezidenti İslam Kərimovun dəfn mərasimində Türkiyə hökumətini baş nazirin müavini Toğrul Türkeş təmsil edəcək.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, baş nazirin müavini bu gün Daşkəndə yola düşəcək.
Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 2-də, 78 yaşında vəfat edib.