İslam Kərimov növbəti dəfə namizədliyini verir

İctimai-siyasi təşkilatlar tərəfindən onun prezidenti postuna namizədliyi irəli sürülüb

Özbəkistan Sahibkarlar və İş Adamları Hərəkatı - Liberal Demokrat Partiyası cümə axşamı keçirilən qurultayda ölkənin fəaliyyətdə olan Prezidenti İslam Kərimovun namizədliyini yenidən bu posta irəli sürüb.

Bu barədə Trend-ə partiyanın Siyasi Şurasından bildirilib.

Məlum olduğu kimi, Özbəkistan Mərkəzi Seçki Komissiyası 26 dekabr 2014-cü ildə ölkə prezidentliyinə seçkilər üzrə seçki kampaniyasının başladığını elan edib.