İslam Kərimov MDB-i sərt tənqid etdi

Özbəkistan prezidenti İslam Kərimov bildirib ki, postsovet məkanında gündəm çərçivə xarakteri daşıyır, müzakirə olunan məsələlər isə reallıqdan uzaqdır. Onun sözlərinə görə, MDB iştirakçı ölkələrin mübahisələrini həll etmək imkanı verir, lakin müzakirə olunan məsələlərin mövcud situasiyaya heç bir aidiyyadı yoxdur.
MDB başçılarının son görüşündə İslam Kərimov qeyd edib ki, bu görüşün gündəmi az əhəmiyyətli məsələlərlə yüklənib. Özbəkistan prezidentinin sözlətinə görə, MDB və Avrasiya İttifaqının ayrı-ayrı gündəmi və fəaliyyət proqramı olmalıdır. Onlar bir birini təkrarlamamalıdır.
azadlıq.info