İslam Koalisiyasının ƏSAS HƏDƏFİ – RƏSMİ AÇIQLAMA

İslam Hərbi Antiterror Koalisiyası terrorizmin bütün təzahürlərinə kollektiv cavab verməyə hazırdır.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İslam Koalisiyasının qoşunlarının komandanı, Pakistanın istefada olan generalı Rahil Şərif koalisiyaya üzv ölkələrin müdafiə nazirlərinin Ər-Riyadda keçirilən görüşündə bəyan edib.
R. Şərif deyib ki, ölkələr koalisiya çərçivəsində bütün sferalarda antiterror fəaliyyəti üçün ümumi əməkdaşlıq meydanı yaradıblar. Bura birgə hərbi təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi də daxildir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərliyi ilə İslam Hərbi Antiterror Koalisiyasının yaradıldığı 2015-ci ilin dekabrında rəsmən elan edilib. Koalisiyanın üzvləri arasında Fars körfəzindəki ərəb ölkələri ilə yanaşı, Türkiyə. Pakistan, Malayziya və Misir də var.